“Komanda İşi və Layihə Bacarıqları” mövzusunda təqdimat keçirildi
Şirvan kollecində İqtisadiyyat müəllimi Məlikov Elçin Habil oğlunun fəaliyyət planına uyğun olaraq, Sərt Bacarıqlar Təcrübəsi çərçivəsində 4 və 5 bank işi qrup tələbələri arasında “Komanda İşi və Layihə Bacarıqları” mövzusunda təqdimat keçirildi.
Tədbiri giriş sözü ilə açan Kollecin direktoru Xatirə Məlikova, tələbələri salamlayaraq onlara uğurlar arzuladı. O, qazandıqları bacarıqların gələcək iş və karyera mərhələsində uğurla tətbiq olunacağına inandığını bildirdi.
Ardınca aşağıdakı rəhbər şəxslər də tələbələrə dəstək və uğur arzularını çatdırdılar:
- Aidə Əsədova – Təlim-tərbiyə işləri üzrə direktor müavini
- Seyidxanım Ziyadi – Təcrübə şöbəsinin rəhbəri
- Şəfəq İbrahimova – 1 saylı şöbənin müdiri
- Sevil Abdullayeva – 2 saylı şöbənin müdiri
- Sevda Həsənova – Kollecin musiqi rəhbəri
Təqdimatda 6 komanda arasında gərgin və yaradıcı mübarizə yaşandı. Nəticələr isə belə oldu:
? 1-ci yer — Odlar Yurdu (4 bi)
? 2-ci yer — Günəş (5 bi)
? 3-cü yer — Dəmir Güllər (4 bi)
? 4-cü yer — Qarabağ (5 bi)
⭐ 5-ci yer — Ulduz (5 bi)
⛰️ 6-cı yer — Zirvə (4 bi)
Bu təqdimat tələbələrin həm nəzəri biliklərini, həm də praktik bacarıqlarını nümayiş etdirmək üçün mühüm əhəmiyyət kəsb edir.










