26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə dəyirmi masa təşkil olunub
Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kolleci PHŞ-də “Konstitusiya və Suverenlik İli” çərçivəsində 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə “Ordum varsa – yurdum var” mövzusunda dəyirmi masa təşkil olunub.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Vətənin azadlığı uğrunda canından keçmiş qəhrəman Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qiyabi şöbə 104 Mu qrup tələbələrinin iştirakı ilə keçirilən tədbirdə Vətən müharibəsi veteranı Ağayev Toğrul, antiterror əməliyyatlarının iştirakçıları İbrahimov Samir və Ağayev Ramil çıxış edərək, şəxsi döyüş təcrübələrini bölüşüblər və gəncləri vətənpərvərlik ruhunda maarifləndiriblər.
Tədbirin sonunda Azərbaycan Ordusunu vəsf edən videoçarx nümayiş olunub.




