Kollec xəbərləri

“Əlaçı” və “Zərbəçi” tələbələr təltif olunub.

İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində 12 may Beynəlxalq Tibb Bacısı Günü münasibəti ilə tədbir keçirildi. Tədbirdə İnzibati-təsərrüfat işləri üzrə direktor müavini Çingiz Aslanov, şöbə müdirləri Kamalə Hüseynova və Elmir Ağayev, “Tibb və təbiət elmləri” FBK sədri Elşən Həsənov iştirak etdilər. Çıxış edənlər tələbələrə ixtisaslarının vacibliyi barədə bir daha məlumat verdi. “Tibb və təbiət elmləri” FBK sədri Elşən Həsənov tələbələrə qarşıdan gələn yaz imtahan sessiyasına daha yaxşı hazırlaşmaları üçün tapşırıq verdi. Tədbirin sonunda akademik göstəricilərinə görə fərqlənən tələbələrə “Əlaçı” və “Zərbəçi” sertifikatları təqdim olundu. Tədbirin sonunda kollecin direktoru dosent Kəmalə xanım Süleymanlı, Tədris və tərbiyə işləri üzrə direktor müavini Ülviyyə Nəzərova,İnzibati-təsərrüfat işləri üzrə direktor müavini Çingiz Aslanov, şöbə müdirləri Kamalə Hüseynova və Elmir Ağayev, “Tibb və təbiət elmləri” FBK sədri Elşən Həsənovun iştirakı ilə xatirə şəkili çəkildi.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *