AbiturientElanlarÖnə çıxan xəbərlərRedaktorun seçimiUniversitet həyatı

GƏNCƏ abituriyentləri ilə görüş keçirilib

29 may 2025-ci il tarixində Qarabağ Universitetinə tələbə qəbuluna dair növbəti təbliğat görüşü təşkil olunub.

Bu barədə Universitetin rektoru Şahin Bayramov öz rəsmi facebook hedabında yazıb:


” Həmkarlarımızla birlikdə Gəncə şəhər məktəblərindən məzun olacaq 350-dən artıq abituriyent və valideynlə görüşdük.
Gəncə şəhəri 29 nömrəli tam orta məktəbdə keçirilən görüşdə Qarabağ Universiteti haqqında ətraflı məlumat verdik, müvafiq video və təqdimatlar nümayiş etdirdik, iştirakçıların çoxsaylı suallarını cavablandırdıq.
Şagirdlərin və valideynlərin Qarabağ Universitetinə göstərdikləri yüksək maraq bizi qürurlandırdı.
Tədbirin təşkilinə göstərilən dəstəyə görə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin rəhbərliyinə, eləcə də görüşdə iştiraka görə İdarənin və məktəblərin əməkdaşlarına təşəkkür edirik.
Əziz abituriyentlər!
Qarabağ Universitetini seçin!
Gələcəyinizi Qarabağ Universiteti ilə qurun!”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *