GündəmTrendUniversitet həyatı

ADAU-da 28 May – Müstəqillik Günü qeyd olunub

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 28 May – Müstəqillik Gününə həsr olunan tədbir keçirilib.

Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, sonra torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi yad edilib.

Universitetin rektoru Zəfər Qurbanov çıxış edərək Müstəqillik Gününün tarixi əhəmiyyətindən və bu günün milli yaddaşımızdakı yerindən bəhs edib.

Tədbirin bədii hissəsində “Xudayar təsnifi” , şeir kompozisiyaları, “Arşın mal alan” və müxtəlif rəqslər təqdim olunub.

Tədbir tələbələr və müəllim heyəti tərəfindən böyük coşqu ilə qarşılanıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *