“Azza Aqro MMC” heyvandarlıq kompleksinə ekskursiya təşkil olunub
17.05.2025- ci il tarixində İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci PHŞ- in “Qida məhsullarının texnologiyasi ” FBK-nın sədri Məmmədov Faiq ,”Heyvandarlıq fənnləri” FBK-nın sədri Qəribova Balaxatın, fənn müəllimləri Qardaşov Mirzağa, Həsrətov Oktay və Süleymanlı Müslümün və “Baytarlıq”, Zootexniklik” və “Süd və süd məhsullarının texnologiyası” ixtisasında təhsil alan bir qrup tələbələrin iştirakı ilə İsmayıllı rayonu Keyvəndi kənd ərazisində yerləşən “Azza Aqro MMC” şirkətinin heyvandarlıq kompleksinə ekskursiya təşkil etdilər.

Ekskursiyada şirkətin Baytar həkimi Məmmədzadə Tural tələbələrə xaricdən gətirilən heyvanların adaptasiyası, yemləndirilməsi, saxlanması,aparılan vaksinasiya tədbirləri, silosun hazırlanması,peyinin müasir üsullarla təmizlənərək gübrəyə çevrilməsi ,son model sağım aparatları ilə təchiz olunmuş sağım şöbəsi,südün sağilması,saxlanması və emalı haqqında tələbələrə ətraflı məlumat verdi.



