“Basqal Resort Spa”otelinə ekskursiya təşkil edilib
14 May 2025-ci il tarixində İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin “Turizm işinin təşkili” ixtisasında təhsil alan 5924,1923 və 1924 qrup tələbələri və müəllimləri “Basqal Resort Spa”otelinə ekskursiya ediblər. Ekskursiyanın məqsədi tələbələrin turizm və otelçilik sahəsində praktik bilik və bacarıqlarını artırmaq, real iş mühiti ilə yaxından tanış olmalarını təmin etmək olub. Ekskursiya çərçivəsində tələbələr otelin müxtəlif bölmələri, qonaq otaqları, restoran və kafe sahələri,SPA və sağlamlıq mərkəzi, konfrans zalı və digər xidmət sahələrini gəzərək ətraflı məlumat alıblar. Onlara otelin fəaliyyəti, xidmət standartları, müştəri məmnuniyyəti siyasəti və turizm menecmenti haqqında otel rəhbərliyi tərəfindən geniş təqdimat təqdim olunub. Tələbələrə otel menecerləri tərəfindən muasir otelçilikdə tətbiq olunan texnologiyalar,qonaqpərvərlik prinsipləri, satış və marketinq strategiyaları barədə ətraflı məlumat verilib. Qeyd edək ki, bu cür səfərlər tələbələrin nəzəri biliklərini praktik bacarıqlarla birləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır və gələcəkdə onların əmək bazarına daha hazırlıqlı şəkildə daxil olmalarına zəmin yaradır.
