ElmGündəmÖnə çıxan xəbərlərUniversitet həyatı

BSU-da II karyera yarmarkası keçirilib

yarmarkasında Azərbaycanın iqtisadiyyatında öz sözünü demiş şirkətlərin və müəssisələrin iştirakından məmnunluq duyduğunu bildirib.

O qeyd edib ki, bu təşəbbüslər tələbələrin karyera inkişafına ciddi töhfə verir.
Rektor vurğulayıb ki, DMA-nın dəstəyi ilə keçirilən əmək yarmarkası təkcə tələbələrin və məzunların işlə təmin edilməsi məqsədi daşımır, eyni zamanda ali təhsil müəssisəsi olaraq məzunların karyera planlaması ilə bağlı gələcəyə baxışını müəyyən edir.

O, sonda karyera sərgisində tələbələri fəal iştirak etməyə çağırıb və onlara uğurlar arzulayıb.
Daha sonra Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Ramal Quluzadə çıxış edərək qeyd edib ki, DMA müxtəlif universitetlərdə mütəmadi olaraq əmək yarmarkaları təşkil etməklə, gənclərin məşğulluğunun təmin edilməsi istiqamətində mühüm addımlar atır.

O bildirib ki, bu dəfəki karyera sərgisində 39 müəssisə tərəfindən 400 vakansiya təqdim edilib. Bu yarmarka vasitəsilə işəgötürənlərlə iş axtaranlar arasında xüsusi bir müstəvi yaranır ki, bu da məzunlar üçün yeni karyera imkanları deməkdir.

Ramal Quluzadə əlavə edib ki, DMA tərəfindən hazırlanan “Məzunların məşğulluq reytinqi” platformasında BSU məzunları çox yaxşı göstəricilərə malikdir.

Çıxışlardan sonra tədbir iştirakçıları stendlərə baxış keçiriblər.

Yarmarka çərçivəsində tələbələr şirkət nümayəndələri ilə birbaşa ünsiyyət qurmaq, vakansiyalarla tanış olmaq və işə qəbul imkanları barədə məlumat almaq imkanı əldə ediblər.

Tədbirin sonunda iştirakçılarla xatirə şəkli çəkilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *