Kollec xəbərləriÖnə çıxan xəbərlərRedaktorun seçimi

İDHTK-də pedaqoji şuranın iclası keçirilib

29 may 2025-ci il tarixində İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin akt zalında növbəti pedaqoji şura iclası keçirildi. İclasda kollecin Pedaqoji Şurasının bütün üzvləri iştirak etdilər. Pedaqoji Şuranın sədri direktor dosent Kəmalə Süleymanlı gündəlikdə duran məsələləri iclas iştirakçılarının nəzərinə çatdırdı.
Sonra gündəliyə uyğun “Yaz semestri” imtahan sessiyasına hazırlıq və onun mütəşəkkil keçirilməsi üçün tədbirlər “Yaz semestrinin nəticələri” məsələləri ilə bağlı məlumatlar dinlənildi, təklif və rəylər təqdim olundu. Kollecin direktoru Kəmalə Süleymanlı aidiyyatı struktur rəhbərlərinə tapşırıq və tövsiyələr verdi.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *