İDHTK-də “28 May – Müstəqillik Günü” münasibəti ilə tədbir keçirildi.







27.05.2025- cü il tarixində İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində “28 May – Müstəqillik Günü” münasibəti ilə tədbir keçirildi. Dövlət Müstəqilliyi gününə həsr olunmuş tədbirdə tədris -tərbiyə işləri üzrə direktor müavini Ülviyyə Nəzərova,şöbə müdirləri Kəmalə Hüseynova, Elmir Ağayev, “Tibb və təbiət elmləri” FBK sədri Elşən Həsənov, tarix fənn müəllimi Əli Baxışlı və kollecin tələbələri iştirak etdilər.
Tədbir dövlət himnin səsləndirilməsi ilə başlanıb. Tədbirin məqsədi gənc nəslə,vətənə sevgi hissini aşılamaq, tariximizə və Dövlət müstəqilliyimizə hörmət ruhunu gücləndirməkdir.