GündəmKollec xəbərləriÖnə çıxan xəbərlər

İsmayıllı kollecində məzun günü keçirilib

30 may 2025-ci il tarixində İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində təntənəli məzun günü tədbiri keçirildi. Tədbirdə orta ixtisas müəssisəsinin 13 ixtisasının 183 tələbəsi məzun olmağın sevincini yaşadı. Mərasimdə İcra Hakimiyyətinin müavini İctimai- Siyasi və Humanitar məsələlər şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Nəsimi Teymurov, ATİAHİ İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov, Yeni Azərbaycan Partiyasının İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov, Gənclər və İdman İdarəsinin sədri Taleh Salehov, kollecin şəhid məzunu Orxan Lətiflinin valideynləri Nəzakət xanım və Xancan müəllim Lətifli, əməkdar müəllimlər Şəfaqət Rəsulov, Hikmət Haqverdiyev, uzun müddət İsmayıllı rayon ümumitəhsil məktəblərində müəllim, kollecdə müqavilə ilə müəllim kimi çalışıb, hazırda təqaüddə olan müəllimlər Ağayev Mövlud və Xuduyev Balakişi kollecin inzibati, müəllim və tələbə heyəti, valideynləri iştirak etdilər. Tədbir torpaqlarımızın azadlığı uğrunda canlarını qurban verən kollecin şəhid tələbə və məzunlarının xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoyularaq bütün şəhidlərimizin xatirəsi yad edilməklə başlandı.Rəsmi hissəni açıq elan edən kollecin direktoru dosent Kəmalə Süleymanlı məzunları təbrik edərək onların təhsil müddətində əldə etdikləri nəaliyyətləri vurğuladı və gələcək fəaliyyətlərində uğurlar arzuladı. Tədbirdə iştirak edən bütün qonaqlar və məzunlara uğurlar arzulayaraq dövlətimizə və xalqımıza layiqli vətəndaş və mütəxəssis olmağı tövsiyə etdilər.
Çıxışlardan sonra 2024/2025-ci tədris ilinin məzunlarından 9 (doqquz) nəfər fərqlənmə diplomuna layiq görüldüklərinə görə, 8(səkkiz) nəfər məzun isə kollecin ictimai- siyasi mədəni- kütləvi tədbirlərində faəl iştiraklarına görə fəxri fərman və hədiyyə ilə, həmçinin ATİAHİ- İsmayıllı Rayon Komitəsi tərəfindən iki məzun fəxri fərman və hədiyyələrlə mükafatlandırıldılar.
Bu əlamətdar gün həm məzunlar, həm də onların ailələri üçün unudulmaz anlarla yadda qaldı. Məzunlar gələcəyə böyük ümidlə baxaraq, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində aldıqları bilik və bacarıqlarla cəmiyyətə fayda verməyə hazır olduqlarını ifadə etdilər. Tədbirin bədii hissəsində “Mühasibat uçotu”, “Məktəbəqədər təhsil”, “Komputer sistemlərində proqtam təminatı”, “Turizm işinin təşkili” ixtisasları üzrə təhsil alan məzunların mahnı, şer, rəqslərindən ibarət əyləncəli təqdimatlar oldu. İsmayıllı Rayon Niyal Ansambılı üzvləri-Əməkdar İncəsənət Xadimi, tərəqqi medallı, Mədəniyyət işçisi Sahibə Abdullayeva, Dağlıq Şirvan Regional Mədəniyyət mərkəzinin solistləri Rövşən Teyyubov və İntiqam İbrahimovun ifalarında səslənən şən mahnılar məzunların rəqsləri ilə müşayət olundu.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *