May 17, 2025

Kollecə qəbul

227e072d165314086288806918610642965.webp

DÖVLƏT İMTAHAN MƏRKƏZİ 2025/2026‐cı TƏDRİS İLİ ÜÇÜN
AZƏRBAYCAN RESPUBLİKASININ ORTA İXTİSAS TƏHSİLİ
MÜƏSSİSƏLƏRİNƏ ÜMUMİ (9 illik) ORTA TƏHSİL BAZASINDA
TƏLƏBƏ QƏBULU ELAN EDİR

9 illik Kollec İxtisaslar və Balları – 2025

  1. Ümumi orta tәhsil bazasında orta ixtisas tәhsili müәssisәlәrinә qәbul olmaq hüququna ümumi orta, tam orta, orta
    ixtisas vә ya ali tәhsili başa vurması haqqında müvafiq dövlәt nümunәli sәnәd almış şәxslәr malikdirlәr.
    Orta ixtisas vә ali tәhsil müәssisәlәrinin tәlәbәlәri (buraxılış kurslarında tәhsil alanlar istisna olmaqla) orta ixtisas
    tәhsili müәssisәlәrinә qәbul olmaq üçün müsabiqәdә iştirak edә bilmәzlәr.
    Dövlәt tәhsilalanların orta ixtisas tәhsili pillәsindә yalnız bir dәfә pulsuz tәhsil almaq hüququnu tәmin edir.
  2. Orta ixtisas tәhsili müәssisәlәrinә әrizәlәrin qәbulu 2025-ci il fevralın 20-dәn martın 5-dәk internet vasitәsilә
    aparılır. Abituriyentlәr Dövlәt İmtahan Mәrkәzinin (bundan sonra – DİM) internet saytının ekabinet.dim.gov.az internet
    sәhifәsindә “Şәxsi kabinet” yaratdıqdan sonra şәxsi kabinetin istifadәçi adı vә parolundan istifadә etmәklә DİM-in
    müvafiq internet sәhifәsinә (eservices.dim.gov.az/erizetex/erize) daxil olub, “Abituriyentin elektron әrizәsi” formasını
    doldurur vә әrizәni tәsdiq edirlәr (etdirirlәr). Müsabiqәdә iştirak ödәnişlidir. Abituriyentlәr әrizәni tәsdiq etmәk (etdirmәk) üçün
    tәlәb olunan mәblәği şәxsi kabinetlәrindәki hesablarına әlavә edirlәr vә hәmin mәblәğ әrizә tәsdiq olunduqda onların şәxsi
    kabinetlәrindәki hesablarından çıxılır. Abituriyentin imtahanda dövlәt büdcәsinin vәsaiti hesabına vә ya ödәnişli әsaslarla iştirak
    etmәsi barәdә mәlumat “Abituriyentin elektron әrizәsi” proqramı tәrәfindәn abituriyentә tәqdim olunur.
  3. “Azәrbaycan Respublikasında ali vә orta ixtisas tәhsili müәssisәlәrinә tәlәbә qәbulu imtahanlarının tәşkilinin
    tәnzimlәnmәsi ilә bağlı әlavә tәdbirlәr haqqında” Azәrbaycan Respublikası Prezidentinin 2017-ci il 24 fevral tarixli
    2694 nömrәli Sәrәncamının 1.1-ci bәndinә әsasәn, orta ixtisas tәhsili müәssisәlәrinә tәlәbә qәbulu ilә bağlı
    imtahanda iştirak üçün ilk dәfә müraciәt edәn Azәrbaycan Respublikası vәtәndaşlarının (yalnız ümumi tәhsil
    müәssisәlәrini bitirәn) qәbul imtahanında iştirakı dövlәt büdcәsinin vәsaiti hesabına olur.
  4. “Azәrbaycan Respublikasında ali vә orta ixtisas tәhsili müәssisәlәrinә tәlәbә qәbulu imtahanlarının tәşkilinin
    tәnzimlәnmәsi ilә bağlı әlavә tәdbirlәr haqqında” Azәrbaycan Respublikası Prezidentinin 2017-ci il 24 fevral tarixli
    2694 nömrәli Sәrәncamının 1.3-1.7-ci bәndlәrinә әsasәn, aşağıdakı kateqoriyalardan olan Azәrbaycan
    Respublikası vәtәndaşlarının (yalnız ümumi tәhsil müәssisәlәrini bitirәn) qәbul imtahanında iştirakı dövlәt büdcәsinin
    vәsaiti hesabına hәyata keçirilir:
    – Azәrbaycan Respublikasının әrazi bütövlüyünün, müstәqilliyinin vә konstitusiya quruluşunun müdafiәsi ilә
    әlaqәdar әlilliyi müәyyәn edilmiş şәxslәrin uşaqları;
    -şәhid ailәsinin üzvlәri;
    – valideynlәrini itirmiş vә valideyn himayәsindәn mәhrum olmuş uşaqlar;
    – mәcburi köçkün statusu olan şәxslәr;
    – I vә II dәrәcә әlilliyi müәyyәn edilmiş şәxslәr, o cümlәdәn sağlamlıq imkanları mәhdud 18 yaşınadәk uşaqlar.
    Yuxarıda qeyd olunan kateqoriyalardan olan abituriyentlәr barәdә mәlumat DİM tәrәfindәn müvafiq icra
    orqanlarının informasiya sistemlәrindәn elektron üsullarla әldә olunur.
  5. Qәbul imtahanının nәticәsi 2 il qüvvәdә olduğuna görә 2024-cü ildә qәbul imtahanında (buraxılış imtahanında) iştirak
    edәn abituriyent (topladığı balı cari ilin müsabiqә şәrtlәrini ödәdiyi halda) cari ildә qәbul imtahanında iştirak etmәyә
    bilәr. Bu zaman hәmin abituriyentin qәbul imtahanının nәticәsi kimi ötәnilki imtahanın nәticәsi әsas götürülür vә
    әrizәnin tәsdiqi ödәnişsiz olur. Abituriyent cari ildә keçirilәn imtahanda iştirak etmәk istәdiyi halda әrizәnin müvafiq
    bölmәsindә bu istәyini qeyd edir vә tәlәb olunan mәblәği şәxsi kabinetindәki hesabına әlavә edir. Bu zaman abituriyent
    müsabiqәdә hansı imtahanın nәticәsi ilә iştirak edәcәyini ixtisas seçimi zamanı özü müәyyәn edir. Hәr iki halda
    abituriyent müәyyәn olunmuş vaxtda elektron әrizәsindә müvafiq seçimi etmәlidir.
    Ümumi orta (9 illik) tәhsil bazasında orta ixtisas tәhsili müәssisәlәrinә әrizәlәrin qәbulu
    2025-ci il fevralın 20-dәn martın 5-dәk internet vasitәsilә aparılır. Әrizәlәrin tәsdiqi
    abituriyent barәdә olan mәlumatların yetәrli olub-olmamasından asılı olaraq iki üsulla
    aparılır. Әrizәsini tәsdiq etmәyәn (etdirmәyәn) abituriyent müsabiqәyә buraxılmır.

  6. Әrizәnin tәsdiqi DİM-in informasiya sistemlәrindә abituriyent barәdә olan mәlumatların yetәrli olub- olmamasından
    asılı olaraq iki üsulla (bax: 6.1 vә 6.2-ci bәnd) hәyata keçirilir (әrizәnin hansı üsulla tәsdiq edilәcәyi barәdә mәlumat
    proqram tәrәfindәn “Abituriyentin elektron әrizәsi” forması tәsdiq edilәnәdәk әrizәyә hәr dәfә daxil olarkәn ekranda
    göstәrilir):
    6.1. Aşağıda göstәrilәn kateqoriyalardan olan abituriyentlәr elektron әrizәlәrini Sәnәd Qәbulu Komissiyalarına
    (SQK) müraciәt etmәdәn 2-ci bәnddә göstәrilәn müddәtdә özlәri tәsdiq edirlәr:
  • Azәrbaycan Respublikasının ümumi tәhsil müәssisәlәrini cari ildә bitirәn abituriyentlәr;
  • Azәrbaycan Respublikasının ümumi tәhsil müәssisәlәrini ümumi (9 illik) orta tәhsil sәviyyәsi üzrә 2013-cü vә ondan sonrakı illәrdә bitirәn abituriyentlәr;
  • 2013-cü vә ondan sonrakı illәrdә Azәrbaycan Respublikasının ümumi orta tәhsil bazasında orta ixtisas
    tәhsili müәssisәlәrinә qәbul olmaq üçün әrizә verib onu tәsdiq etdirmiş abituriyentlәr.
    6.2. Digәr abituriyentlәr elektron әrizәlәrini doldurduqdan sonra tәlәb olunan sәnәdlәri şәxsәn tәqdim etmәklә
    elektron әrizәlәrini müvafiq SQK-larda tәsdiq etdirirlәr. SQK-lar hәr gün (şәnbә, bazar vә bayram günlәri istisna olmaqla) saat 10:00-dan 17:00-dәk aşağıdakı ünvanlarda fәaliyyәt göstәrirlәr:
    DİM-in Elektron İmtahanlar Korpusu
    (Bakı şәhәri, Binәqәdi rayonu, S.S.Axundov küç., 50),
    Memarlıq vә İnşaat Universiteti
    (Bakı şәhәri, Yasamal rayonu, A.Soltanova küç., 11),
    Azәrbaycan Universiteti
    (Bakı şәhәri, Nәsimi rayonu, C.Hacıbәyli küç., 71),
    DİM-in Naxçıvan MR Regional Bölmәsi
    (Naxçıvan ş., Nizami küç., 10);
    DİM-in Gәncә Regional Bölmәsi
    (Gәncә ş., H.Әliyev meydanı, İnzibati bina);
    DİM-in Lәnkәran Regional Bölmәsi
    (Lәnkәran ş., H.Aslanov xiyabanı 52);
    DİM-in Şәki Regional Bölmәsi
    (Şәki ş., M.Rәsulzadә prospekti, 182);
    DİM-in Şirvan Regional Bölmәsi
    (Şirvan ş., M.Rәsulzadә küç., 19);
    DİM-in Göyçay Regional Bölmәsi
    (Göyçay ş., Rauf İsayev küç., 43);
    DİM-in Bәrdә Regional Bölmәsi
    (Bәrdә ş., H. Әliyev prospekti, 100);
    DİM-in Xaçmaz Regional Bölmәsi
    (Xaçmaz ş., M.Ә.Rәsulzadә küç., 7b);
    DİM-in Şәmkir Regional Bölmәsi
    (Şәmkir ş., Bakı-Qazax ş, İnzibati bina–“west gate”).
  1. Elektron әrizәlәrini SQK-larda tәsdiq etdirmәli olan abituriyentlәr (elektron әrizәlәrinin iş nömrәlәrini
    bildirmәklә) SQK-ya aşağıdakı sәnәdlәri tәqdim edirlәr:
  • şәxsiyyәti tәsdiq edәn sәnәdin әslini:
    – Azәrbaycan Respublikasının vәtәndaşları şәxsiyyәt vәsiqәsini;
    – әcnәbilәr icazә vәsiqәlәrini vә (vә ya) pasportlarını;
    – vәtәndaşlığı olmayan şәxslәr icazә vәsiqәlәrini vә ya yaşadıqları ölkәnin hüdudlarından kәnara getmәk üçün onlara verilәn sәnәdlәrini;
    – Azәrbaycan Respublikasında daimi yaşayan vәtәndaşlığı olmayan şәxslәr şәxsiyyәt vәsiqәlәrini;
    – qaçqın statusu almış şәxslәr vә onların ailә üzvlәri qaçqın vәsiqәlәrini, onlara verilmiş yol sәnәdini,
    beynәlxalq müqavilәlәrdә nәzәrdә tutulmuş hallarda digәr sәnәdlәri vә ya icazә vәsiqәlәrini;
  • ümumi orta, tam orta, orta ixtisas vә ya ali tәhsil haqqında sәnәdin әslini (tam orta, orta ixtisas vә ya ali tәhsil haqqında sәnәdin әslini tәqdim edәn abituriyentlәr, hәmçinin mәzunu olduqları tәhsil müәssisәsi tәrәfindәn verilәn müәyyәn olunmuş formada attestat qiymәtlәri göstәrilәn arayışı – “Azәrbaycan Respublikasının orta ixtisas tәhsili müәssisәlәrinә ümumi orta tәhsil bazasında tәlәbә qәbulu Qaydaları”na 1 nömrәli әlavә);
  • Azәrbaycan Respublikasında orta ixtisas tәhsili müәssisәlәrini bitirәn abituriyentlәr dövlәt hesablı yerlәrin müsabiqәsindә iştirak etmәk üçün bitirdiklәri tәhsil müәssisәsi tәrәfindәn verilәn vә orta ixtisas tәhsilinin ödәnişli әsaslarla olmasını tәsdiq edәn arayışı (“Azәrbaycan Respublikasının orta ixtisas tәhsili müәssisәlәrinә ümumi orta tәhsil bazasında tәlәbә qәbulu Qaydaları”na 2 nömrәli әlavә);
  • әcnәbilәr vә xarici ölkәlәrdә tәhsil almış şәxslәr yuxarıda qeyd olunan sәnәdlәrlә yanaşı, hәmin sәnәdlәrin
    notarial qaydada tәsdiq edilmiş Azәrbaycan dilinә tәrcümәsini;
  • SQK-ya tәqdim olunan sәnәdlәrdә ad, soyad vә ya ata adı fәrqlәnәrsә, abituriyent tәlәb olunan sәnәdlәrlә birlikdә ad, soyad vә ya ata adının dәyişdirilmәsini tәsdiq edәn sәnәdi vә ya sәnәdlәri dә tәqdim edir.
    Qeyd 1: Abituryientlәr sәnәdlәrin әsli ilә yanaşı, onların surәtlәrini dә SQK-ya tәqdim edirlәr.
    Qeyd 2: Şәxsiyyәt vәsiqәlәrinin etibarlılıq müddәti 01 yanvar 2025-ci il tarixinә qәdәr bitmiş olan abituriyentlәr әrizә vermәk üçün yeni şәxsiyyәt vәsiqәsi almalıdırlar.
  1. İxtisaslar siyahısında xüsusi qabiliyyәt tәlәb edәn ixtisaslar ulduz “*” işarәsi ilә qeyd olunmuşdur. Bu ixtisaslar üzrә
    tәhsil almaq istәyәn vә imtahanda topladığı ümumi balı müvafiq müsabiqә şәrtlәrini ödәyәn abituriyent imtahanların
    nәticәsi elan olunduqdan sonra DİM tәrәfindәn elan olunacaq müddәtdә eservices.dim.gov.az/qabiliyyet internet
    sәhifәsinә daxil olaraq seçdiyi xüsusi qabiliyyәt tәlәb edәn ixtisasın aid olduğu komissiya üzrә qeydiyyatdan keçmәlidir.
    Qeydiyyatdan keçmәk üçün abituriyent tәlәb olunan mәblәği (qeydiyyatdan keçmәk istәdiyi komissiyaların sayından
    asılı olaraq) şәxsi kabinetindәki hesabına әlavә etmәlidir.
    Elanın 3-cü bәndindә göstәrilәn kateqoriyadan olan abituriyentlәrin cari ildә seçdiklәri (qeydiyyatdan keçdiklәri)
    ilk komissiya üzrә, 4-cü bәndindә göstәrilәn kateqoriyalardan olan abituriyentlәrin isә seçdiklәri (qeydiyyatdan
    keçdiklәri) bütün komissiyalar üzrә qabiliyyәt imtahanlarında iştirakı dövlәt büdcәsinin vәsaiti hesabına hәyata
    keçirilir.
    Xüsusi qabiliyyәt tәlәb edәn ixtisaslar üzrә tәhsil almaq istәyәn vә imtahanda
    topladıqları ümumi balları müvafiq müsabiqә şәrtlәrini ödәyәn abituriyentlәr
    xüsusi qabiliyyәt tәlәb edәn ixtisasın aid olduğu komissiya üzrә qeydiyyatdan
    keçir vә müәyyәn edilmiş cәdvәl üzrә qabiliyyәt imtahanı verirlәr.

    Qeydiyyatdan keçmiş abituriyentlәr müәyyәn edilmiş cәdvәl üzrә DİM tәrәfindәn elan olunacaq müddәtdә
    qabiliyyәt imtahanında iştirak edirlәr.
    Qabiliyyәt imtahanları DİM-in tәşkil etdiyi Yaradıcılıq Qabiliyyәtinin Yoxlanılması Komissiyaları tәrәfindәn mәrkәzlәşdirilmiş qaydada keçirilir vә imtahanların nәticәsi “mәqbul” vә ya “qeyri-mәqbul”la qiymәtlәndirilir.
    Xüsusi qabiliyyәt tәlәb edәn ixtisasları yalnız müvafiq komissiya tәrәfindәn keçirilәn qabiliyyәt imtahanlarından
    “mәqbul” alan abituriyentlәr seçә bilәrlәr. Abituriyentlәr xüsusi qabiliyyәt tәlәb edәn ixtisaslarla yanaşı, digәr ixtisasları
    da seçә bilәrlәr.
    Orta ixtisas tәhsili müәssisәlәrinin xüsusi qabiliyyәt tәlәb edәn ixtisasları üzrә qabiliyyәt imatahanları haqqında
    әtraflı mәlumat “Abituriyent” jurnalının qabiliyyәt imtahanları üzrә xüsusi buraxılışlarında tәqdim olunur. Burada
    xüsusi qabiliyyәt tәlәb edәn ixtisasların yığcam xarakteristikası, bu ixtisaslar üzrә müsabiqә şәrtlәri vә kadr hazırlığının
    hansı tәhsil müәssisәlәrindә aparılması haqqında mәlumatlar, qabiliyyәt imtahanlarının proqramları, qiymәtlәndirmә
    meyarları, imtahanlara hazırlıqla bağlı tövsiyә vә mәslәhәtlәr, tapşırıq nümunәlәri, çalışmalar, әyani vәsaitlәrdәn
    reproduksiyalar, şәkillәr, cәdvәllәr, normativlәr әksini tapır.
  2. Qәbul imtahanının 11 may 2025-ci il tarixindә keçirilmәsi nәzәrdә tutulur. Abituriyentlәr müsabiqәdә iştirak etmәk
    üçün Azәrbaycan dili vә ya rus dili (tәdris dilinә uyğun olaraq), riyaziyyat vә xarici dil fәnlәrindәn qәbul imtahanı
    verirlәr. Qәbul imtahanını Azәrbaycan dilindә verәn abituriyentlәr xarici dil kimi ingilis, alman, fransız, rus, әrәb vә
    fars, qәbul imtahanını rus dilindә verәn abituriyentlәr isә ingilis, alman vә fransız dillәrini seçә bilәrlәr. İmtahanda
    abituriyentlәrә Azәrbaycan (rus) dili fәnnindәn 30, riyaziyyat fәnnindәn 25 vә xarici dil fәnnindәn 26 olmaqla,
    ümumilikdә 81 tapşırıq tәqdim olunur. İmtahan fәnlәri üzrә tapşırıqların strukturu aşağıdakı kimidir:
    Xarici dil
  • Dinlәyib-anlamaya dair 1 mәtn (publisistik üslubda – monoloq vә ya dialoq formalı) vә mәtnә aid 4 tapşırıq:
    bunlardan doğru vә yanlış cavabın seçilmәsi tәlәb olunan 1 tapşırıq vә qapalı tipli 3 tapşırıq;
  • mәtnә dair 8 tapşırıq: bunlardan cavablarının kodlaşdırılması tәlәb olunan açıq tipli 1 vә qapalı tipli 7 tapşırıq;
  • Qrammatika vә leksikaya dair 13 tapşırıq: bunlardan cavablarının kodlaşdırılması tәlәb olunan açıq tipli 1 vә
    qapalı tipli 12 tapşırıq;
  • Şәkillәr әsasında hekayә qurmaq tәlәb edәn 1 yazılı tapşırıq.
    Azәrbaycan (rus) dili
    4
  • Dil qaydalarına dair 10 qapalı tipli tapşırıq;
  • Oxuyub-anlamaya dair 2 mәtn (bәdii, publisistik) vә hәr mәtnә aid 10 tapşırıq (cәmi 20 tapşırıq): qapalı tipli 8
    vә yazılı şәkildә cavablandırılması tәlәb olunan açıq tipli 2 tapşırıq.
    Riyaziyyat
  • Qapalı tipli 15 tapşırıq;
  • Cavabların kodlaşdırılması tәlәb olunan açıq tipli 6 tapşırıq;
  • Hәllinin әtraflı şәkildә yazılması tәlәb olunan açıq tipli 4 tapşırıq.
    Qәbul imtahanında abituriyentlәrin toplaya bilәcәklәri maksimal bal hәr fәnn üzrә 100 bal olmaqla, cәmi 300 baldır.
    Sәhv cavablar düz cavabların nәticәsinә tәsir etmir. İmtahanın müddәti 3 saatdır.
    Abituriyentlәr müsabiqәdә iştirak etmәk üçün Azәrbaycan dili vә ya rus dili (tәdris dilinә
    uyğun olaraq), riyaziyyat vә xarici dil fәnlәrindәn qәbul imtahanı verirlәr. Ümumi orta
    tәhsil sәviyyәsini Azәrbaycan Respublikasının ümumi tәhsil müәssisәlәrindә cari ildә
    bitirәn abituriyentlәr qәbul imtahanı vermirlәr vә müsabiqәdә bu üç fәndәn buraxılış
    imtahanında әldә etdiklәri nәticәlәr әsasında iştirak edirlәr.

    Qәbul (buraxılış) imtahanlarının nәticәlәri 2 il qüvvәdә olur. Hәmin nәticәlәr әsasında abituriyent müvafiq illәr üzrә
    müsabiqә şәrtlәrini ödәdiyi halda cari vә növbәti tәdris ilindә orta ixtisas tәhsili müәssisәlәrinә ümumi orta tәhsil
    bazasında keçirilәn tәlәbә qәbulu üzrә müsabiqәdә iştirak edә bilәr. Belәliklә, 2024-cü ildә qәbul (buraxılış)
    imtahanında iştirak edәn vә imtahanda topladığı balı bu ilki müsabiqә şәrtlәrini ödәyәn abituriyent öz istәyindәn asılı
    olaraq cari ildә keçirilәn qәbul imtahanında iştirak edә vә ya etmәyә bilәr. İştirak etmәdiyi halda abituriyentin qәbul
    imtahanının nәticәsi kimi ötәnilki imtahanın nәticәsi әsas götürülür. İmtahanda iştirak etdiyi halda isә müsabiqәyә
    hansı imtahanın nәticәsi ilә qatılacağını ixtisas seçimi zamanı özü müәyyәn edir. 2024-cü ildәki qәbul (buraxılış)
    imtahanının nәticәsinә әsasәn cari ildә müsabiqәdә iştirak etmәk istәyәnlәr elanın 2-ci bәndindә göstәrilәn müddәtdә
    vә qaydada elektron әrizәlәrini tәsdiq etmәlidirlәr (etdirmәlidirlәr).
    Xüsusi qabiliyyәt tәlәb edәn ixtisasların müsabiqәsindә iştirak etmәk üçün tәlәb olunan qabiliyyәt imtahanının
    nәticәsi yalnız abituriyentin imtahan verdiyi il qüvvәdә olduğu üçün, xüsusi qabiliyyәt tәlәb edәn ixtisaslara qәbul
    olunmaq istәyәn abituriyentlәr cari ildә keçirilәn müvafiq qabiliyyәt imtahanlarında iştirak etmәlidirlәr.
  1. Ümumi (9 illik) orta tәhsil sәviyyәsini Azәrbaycan Respublikasının ümumi tәhsil müәssisәlәrindә cari ildә
    bitirәn abituriyentlәr qәbul imtahanı vermirlәr vә müsabiqәdә Azәrbaycan dili vә ya rus dili, riyaziyyat vә xarici dil
    fәnlәrindәn buraxılış imtahanında (9-cu siniflәr üzrә) әldә etdiklәri nәticәlәr әsasında iştirak edirlәr. Lakin
    aşağıdakı xüsusi hallarda bu abituriyentlәr 11 may 2024-cü il tarixindә әlavә olaraq bәzi fәnn vә yaxud fәnlәrdәn
    imtahan verirlәr. Bu zaman onlar hәr әlavә imtahan üçün ödәniş edirlәr. Ödәniş etmәk üçün abituriyent tәlәb olunan
    mәblәği şәxsi kabinetindәki hesabına әlavә etmәlidir.
  • Tәdris dili Azәrbaycan vә rus dillәrindәn fәrqli olan ümumi tәhsil müәssisәlәrinin mәzunları orta ixtisas
    tәhsili müәssisәlәrinә qәbul olmaq üçün әrizә tәqdim etdiklәri halda әrizәdә qeyd etdiklәri bölmәyә uyğun olaraq
    Azәrbaycan dili vә ya rus dili fәnnindәn әlavә olaraq imtahan verirlәr (riyaziyyat, xarici dil vә Azәrbaycan dili
    (dövlәt dili kimi) fәnlәrindәn әlavә Azәrbaycan (rus) dili fәnni).
  • Tәdris Azәrbaycan dilindә aparılan ümumi tәhsil müәssisәlәrindә tәhsil alan şagirdlәr orta ixtisas tәhsili
    müәssisәlәrinin tәdris rus dilindә aparılan ixtisasları üzrә müsabiqәdә iştirak etmәk üçün әlavә olaraq rus dili
    fәnnindәn imtahan verirlәr (Azәrbaycan dili, riyaziyyat vә xarici dil fәnlәrindәn әlavә rus dili fәnni). Tәdris rus
    dilindә aparılan ümumi tәhsil müәssisәlәrindә tәhsil alan şagirdlәr isә orta ixtisas tәhsili müәssisәlәrinin tәdris
    Azәrbaycan dilindә aparılan ixtisasları üzrә müsabiqәdә iştirak etmәk üçün әlavә olaraq Azәrbaycan dili
    fәnnindәn imtahan verirlәr (rus dili, riyaziyyat, xarici dil vә Azәrbaycan dili (dövlәt dili kimi) fәnlәrindәn әlavә
    Azәrbaycan dili fәnni). Bu halda abituriyentlәr “Abituriyentin elektron әrizәsi” formasını doldurarkәn,
    müsabiqәsindә iştirak etmәk istәdiklәri ixtisasların tәdris dilinә uyğun olaraq әrizәnin “Test imtahanı verәcәyi dil
    (Bölmә)” bölmәsindә Azәrbaycan vә ya rus dilini seçirlәr.
  • Qәbul imtahanında buraxılış imtahanı çәrçivәsindә verdiklәri xarici dil fәnnindәn fәrqli xarici dil fәnni
    üzrә imtahan vermәk istәyәn mәzunlar müsabiqәdә iştirak etmәk üçün hәmin xarici dildәn imtahan verirlәr.
    Bu halda abituriyentlәr “Abituriyentin elektron әrizәsi” formasını doldurarkәn “Xarici dil” bölmәsindә istәdiklәri
    xarici dili seçirlәr.
  1. Qәbul imtahanında iştirak etmәk üçün abituriyent müәyyәn olunmuş tarixdә DİM-in internet saytından “İmtahana
    buraxılış vәrәqәsi”ni çap edir.
    Abituriyent imtahana gәlәrkәn aşağıdakı sәnәdlәri özü ilә mütlәq gәtirmәlidir:
  • İmtahana buraxılış vәrәqәsini;
  • Şәxsiyyәti tәsdiq edәn sәnәdin әslini (şәxsi kabinetdә qeyd olunan sәnәd olmalıdır), (“Şәxsi kabinet”
    yaratdıqdan sonra hәr hansı bir sәbәbdәn şәxsiyyәti tәsdiq edәn sәnәdini dәyişәn şәxs öz şәxsi kabinetinә
    daxil olub sәnәdini yenilәmәlidir. Bu vaxta kimi buraxılış vәrәqәsini çap edibsә, sәnәdi yenilәdikdәn sonra
    onu yenidәn çap etmәli vә imtahana yeni buraxılış vәrәqәsini aparmalıdır):
     Azәrbaycan Respublikasının vәtәndaşları şәxsiyyәt vәsiqәsini;
     әcnәbilәr icazә vәsiqәlәrini vә (vә ya) pasportlarını;
     vәtәndaşlığı olmayan şәxslәr yaşadıqları ölkәnin hüdudlarından kәnara getmәk üçün onlara verilәn
    sәnәdlәrini vә ya icazә vәsiqәlәrini;
     Azәrbaycan Respublikasında daimi yaşayan vәtәndaşlığı olmayan şәxslәr şәxsiyyәt vәsiqәlәrini;
     qaçqın statusu almış şәxslәr vә onların ailә üzvlәri qaçqın vәsiqәlәrini, onlara verilmiş yol sәnәdini,
    beynәlxalq müqavilәlәrdә nәzәrdә tutulmuş hallarda digәr sәnәdlәri vә ya icazә vәsiqәlәrini;
  • Şәxsiyyәti tәsdiq edәn sәnәdindә şәkli olmayan şәxslәr, digәr sәnәdlәrlә yanaşı, tәhsil müәssisәsi tәrәfindәn
    verilmiş fotoşәkilli (fotoşәkil son 3 ayda çәkilmiş olmalı, fotoşәklin üzәrinә tәhsil müәssisәsinin möhürü
    vurulmalıdır ) arayışı.
    İmtahana bir neçә gün qalmış abituriyent DİM-in internet
    saytına daxil olaraq “İmtahana buraxılış vәrәqәsi”ni çap
    edir vә imtahana gәlәrkәn “İmtahana buraxılış vәrәqәsi”
    ilә yanaşı, tәlәb olunan sәnәdlәri dә mütlәq özü ilә gәtirir.
  1. Әlilliyi olan abituriyentlәr üçün imtahan zamanı әlverişli şәrait yaradılır. Bu abituriyentlәr imtahana әn azı 14 gün qalmış
    әlilliyi tәsdiq edәn sәnәdlәrin әslini DİM-ә vә ya onun regional bölmәlәrinә tәqdim etmәli, vә ya müvafiq әrizә ilә birgә
    sәnәdlәrin skan olunmuş surәtini onlayn qaydada DİM-in elektron poçtuna göndәrmәlidirlәr.
  2. Abituriyentlәr müәyyәn olunmuş müddәtdә imtahan nәticәlәri ilә әlaqәdar elektron әrizә dolduraraq qeydiyyatdan
    keçmәklә DİM tәrәfindәn yaradılan Apellyasiya Komissiyasına müraciәt edә bilәrlәr.
  3. Qәbul imtahanını Azәrbaycan dilindәn fәrqli dildә verәn abituriyentlәr “Azәrbaycan Respublikasında dövlәt
    dili haqqında” Azәrbaycan Respublikasının qanununa әsasәn Azәrbaycan dili (dövlәt dili kimi) fәnnindәn (ümumi (9
    illik) orta tәhsil bazasında orta ixtisas tәhsili müәssisәlәrinә qәbul üçün) imtahan verirlәr. İmtahanın nәticәsi
    “mәqbul” vә ya “qeyri-mәqbul”la qiymәtlәndirilir. Bu imtahanda abituriyentlәrә 27-si qapalı tipli vә 3-ü yazılı şәkildә
    cavablandırılması tәlәb olunan açıq tipli olmaqla, ümumilikdә 30 test tapşırığı tәqdim edilir. Tapşırıqların yerinә
    yetirilmәsinә 1 saat 30 dәqiqә vaxt ayrılır. Qapalı tipli tapşırıqlar üzrә hәr düzgün cavab 1 balla qiymәtlәndirilir. Yazılı
    şәkildә cavablandırılması tәlәb olunan açıq tipli tapşırıqlar isә markerlәr tәrәfindәn meyarlar әsasında 0,
    𝟏
    𝟑
    ,
    𝟏
    𝟐
    ,
    𝟐
    𝟑
    vә ya
    1 balla qiymәtlәndirilir. Sәhv cavablar yekun bala tәsir göstәrmir. Abituriyentin “mәqbul” alması üçün onun topladığı
    bal 15-dәn az olmamalıdır. İmtahan üzrә tapşırıqların strukturu aşağıdakı kimidir:
  • Dinlәyib-anlamaya dair mәtn vә mәtnә aid 4 tapşırıq: qapalı tipli 3 vә yazılı şәkildә cavablandırılması tәlәb
    olunan açıq tipli 1 tapşırıq;
  • Dil qaydalarına dair 10 qapalı tipli tapşırıq ;
  • Oxuyub-anlamaya dair 2 mәtn (bәdii vә publisistik üslubda) vә hәr mәtnә aid 8 tapşırıq (cәmi 16 tapşırıq): qapalı
    tipli 7 vә yazılı şәkildә cavablandırılması tәlәb olunan açıq tipli 1 tapşırıq.
    Azәrbaycan dili (dövlәt dili kimi) fәnnindәn imtahanın iki dәfә (Birinci cәhd – mayın 4-dә; İkinci cәhd –
    iyunun 29-da) keçirilmәsi nәzәrdә tutulur. İmtahanda iştirak ödәnişlidir. Elanın 3-cü bәndindә göstәrilәn kateqoriyadan
    olan abituriyentlәrin bir cәhd üzrә, 4-cü bәndindә göstәrilәn kateqoriyalardan olan abituriyentlәrin isә bütün cәhdlәr
    üzrә Azәrbaycan dili (dövlәt dili kimi) fәnni imtahanında iştirakı dövlәt büdcәsinin vәsaiti hesabına hәyata keçirilir.
    Azәrbaycan Respublikasının tәdris Azәrbaycan dilindәn fәrqli dillәrdә aparılan ümumtәhsil müәssisәlәrini (ümumi
    orta tәhsil sәviyyәsi üzrә) cari ildә bitirәn abituriyentlәrin buraxılış imtahanı çәrçivәsindә verdiklәri Azәrbaycan dili
    (dövlәt dili kimi) fәnni imtahanından nisbi balı әn azı 50 olduğu halda, onların hәmin nәticәlәri әsas götürülür vә
    “mәqbul” almış hesab olunurlar. Hәmin imtahan üzrә nisbi balı 50-dәn az olan abituriyentlәr isә “qeyri-mәqbul” almış
    hesab olunurlar. Bu abituriyentlәr “mәqbul” almaq üçün qәbul imtahanı çәrçivәsindә Azәrbaycan dili (dövlәt dili kimi)
    fәnnindәn yenidәn imtahan verә bilәrlәr. Bu halda imtahan ödәnişli olur vә abituriyentin öz hesabına keçirilir.

    Qәbul imtahanını Azәrbaycan dilindәn fәrqli dildә verәn abituriyentlәr
    “Azәrbaycan Respublikasında dövlәt dili haqqında” Azәrbaycan
    Respublikasının qanununa әsasәn Azәrbaycan dili (dövlәt dili kimi) fәnnindәn
    imtahan verirlәr. İmtahandan “mәqbul” ala bilmәyәn abituriyentlәr
    müsabiqәyә buraxılmırlar.
    2025-ci il mayın 4-dә keçirilәn (birinci cәhd) imtahanda iştirak etmәyәn vә yaxud “qeyri-mәqbul” alan
    abituriyentlәr, hәmçinin buraxılış imtahanı çәrçivәsindә bu fәnn üzrә verdiklәri imtahanda nisbi balı 50-dәn az olan
    cari il mәzunları, iyunun 29-da keçirilәn (ikinci cәhd) imtahanda iştirak etmәk üçün 2025-ci il mayın 22-dәn iyunun
    12-dәk eservices.dim.gov.az/erizetex/azdili internet sәhifәsindә qeydiyyatdan keçmәlidirlәr. Qeydiyyatdan keçmәk
    üçün abituriyent tәlәb olunan mәblәği şәxsi kabinetindәki hesabına әlavә etmәlidir.
    Azәrbaycan dili (dövlәt dili kimi) fәnni üzrә imtahanın nәticәsi iki il qüvvәdә olduğundan, 2024-cü ildә hәmin
    imtahandan “mәqbul” alan abituriyentlәrin cari ildә bu imtahanda iştirakına ehtiyac yoxdur.
    Azәrbaycan dili (dövlәt dili kimi) fәnni imtahanından “mәqbul” ala bilmәyәn abituriyentlәr müsabiqәyә
    buraxılmırlar.
    Ümumi orta (9 illik) tәhsil bazasında orta ixtisas tәhsili müәssisәlәrinә qәbulla yanaşı ali tәhsil
    müәssisәlәrinә vә tam orta tәhsil bazasında orta ixtisas tәhsili müәssisәlәrinә qәbul olmaq üçün dә
    әrizә verәn abituriyentlәrin nәzәrinә!
    Ali tәhsil müәssisәlәrinә vә tam orta tәhsil bazasında orta ixtisas tәhsili müәssisәlәrinә qәbulla yanaşı, ümumi orta
    (9 illik) tәhsil bazasında orta ixtisas tәhsili müәssisәlәrinә qәbul olmaq üçün dә әrizә verәn abituriyentlәr 2025-ci il
    mayın 4-dә ali tәhsil müәssisәlәri vә tam orta (11 illik) tәhsil bazasında orta ixtisas tәhsili müәssisәlәrinә qәbul
    proqramı әsasında Azәrbaycan dili (dövlәt dili kimi) fәnnindәn imtahan verirlәr. Bu imtahandan “mәqbul” alan
    abituriyentlәr, hәm ali tәhsil müәssisәlәri vә tam orta (11 illik) tәhsil bazasında orta ixtisas tәhsili müәssisәlәrinә
    qәbul üzrә, hәm dә ümumi orta (9 illik) tәhsil bazasında orta ixtisas tәhsili müәssisәlәrinә qәbul üzrә müsabiqәdә
    iştirak etmәk üçün Azәrbaycan dili (dövlәt dili kimi) imtahanından “mәqbul” almış hesab olunurlar.
    2024-cü ildә ali tәhsil müәssisәlәri vә tam orta (11 illik) tәhsil bazasında orta ixtisas tәhsili müәssisәlәrinә qәbul üzrә
    müsabiqәdә iştirak etmәk üçün Azәrbaycan dili (dövlәt dili kimi) fәnni imtahanından “mәqbul” alan abituriyentlәr vә
    yaxud 2024-cü ildә tam orta tәhsil sәviyyәsi üzrә buraxılış imtahanı çәrçivәsindә keçirilәn Azәrbaycan dili (dövlәt dili
    kimi) fәnni imtahanı üzrә nisbi balı әn azı 50 olan mәzunlar, cari ildә ümumi orta (9 illik) tәhsil bazasında orta ixtisas
    tәhsili müәssisәlәrinә qәbul üzrә müsabiqәdә iştirak etmәk üçün “Azәrbaycan dili” (dövlәt dili kimi) fәnni
    imtahanından “mәqbul” almış hesab olunurlar.
    Abituriyentlәr birinci imtahanda iştirak etmәdiklәri vә yaxud “qeyri-mәqbul” aldıqları (cari il mәzunlarının
    buraxılış imtahanı çәrçivәsindә bu fәnn üzrә verdiklәri imtahanda nisbi balları 50-dәn az olduğu) halda 2025-ci il
    mayın 22-dәn iyunun 12-dәk olan müddәtdә müvafiq qaydada qeydiyyatdan keçmәklә iyunun 29-da keçirilәn
    ikinci cәhd imtahanında iştirak edә bilәrlәr. Hәmin abituriyentlәr öz istәklәrindәn asılı olaraq iyunun 30-dә
    keçirilәn Azәrbaycan dili (dövlәt dili kimi) fәnni imtahanını ali tәhsil müәssisәlәri vә tam orta (11 illik) tәhsil
    bazasında orta ixtisas tәhsili müәssisәlәrinә qәbul üzrә vә ya ümumi orta (9 illik) tәhsil bazasında orta ixtisas tәhsili
    müәssisәlәrinә qәbul üzrә verә bilәrlәr. İmtahanı ali tәhsil müәssisәlәri vә tam orta (11 illik) tәhsil bazasında orta
    ixtisas tәhsili müәssisәlәrinә qәbul üzrә vermәk istәyәnlәr eservices.dim.gov.az/erizebak/azdili, ümumi orta (9 illik)
    tәhsil bazasında orta ixtisas tәhsili müәssisәlәrinә qәbul üzrә vermәk istәyәnlәr isә
    eservices.dim.gov.az/erizetex/azdili internet sәhifәsindә qeydiyyatdan keçmәlidirlәr. İmtahanı ümumi orta (9 illik)
    tәhsil bazasında orta ixtisas tәhsili müәssisәlәrinә qәbul üzrә verәn abituriyentlәr ali tәhsil müәssisәlәri vә tam orta
    (11 illik) tәhsil bazasında orta ixtisas tәhsili müәssisәlәrinin müsabiqәsinә buraxılmırlar. Qeydiyyatdan keçmәk üçün
    abituriyent tәlәb olunan mәblәği şәxsi kabinetindәki hesabına әlavә etmәlidir.
  1. İxtisas seçimi qәbul imtahanı başa çatdıqdan sonra hәyata keçirilir. İxtisas seçiminә ümumi balı 50-dәn,
    Azәrbaycan dili vә ya rus dili fәnni üzrә balı 20-dәn vә riyaziyyat fәnni üzrә balı 10-dan az olmayan abituriyentlәr
    buraxılırlar. Hәr bir abituriyent müxtәlif tәhsil müәssisәlәrinin tәhsili dövlәt hesabına vә ödәnişli әsaslarla olan 12-dәk
    ixtisas kodunu seçә bilәr. İxtisas kodlarının ardıcıllığını abituriyent özü müәyyәnlәşdirir. Müsabiqә zamanı
    abituriyentin yerlәşdirilmәsi onun seçdiyi ixtisasların ardıcıllığı nәzәrә alınmaqla qәbul planı çәrçivәsindә hәyata
    keçirilir vә abituriyent müsabiqәdәn keçdiyi ixtisasların birincisinә yerlәşdirilir.
    İxtisas seçiminә qәbul imtahanında topladıqları ümumi balı 50-
    dәn, Azәrbaycan dili vә ya rus dili fәnni üzrә 20-dәn vә riyaziyyat
    fәnni üzrә balı 10-dan az olmayan abituriyentlәr buraxılırlar
    (xarici dil fәnni üzrә bal mәhdudiyyәti tәtbiq edilmir).
    7
    Xüsusi qabiliyyәt tәlәb edәn ixtisasların müsabiqәsinә ümumi balı 50-dәn (“Xoreoqrafiya sәnәti” vә “Rәqs
    müәllimliyi” ixtisaslarının müsabiqәsindә isә ümumi balı 30-dan) az olmayan vә müvafiq komissiya tәrәfindәn
    keçirilәn qabiliyyәt imtahanlarından “mәqbul” alan abituriyentlәr buraxılırlar. Müsabiqә zamanı fәnlәr üzrә bal
    mәhdudiyyәti tәtbiq edilmir (bax: “Abituriyent” jurnalının qabiliyyәt imtahanları üzrә xüsusi buraxılışları).
    Müsabiqә abituriyentin qәbul (buraxılış) imtahanında topladığı ümumi bal әsasında aparılır.
    Müsabiqә zamanı ümumi balı eyni olan iki vә daha çox abituriyenti bir-birindәn fәrqlәndirmәk mәqsәdilә aşağıda
    qeyd edilәn ardıcıllıqda әlavә göstәricilәrdәn istifadә edilir:
  • tәhsil haqqında sәnәdә (attestata) “Tәdris dili”, “Әdәbiyyat”, “Xarici dil”, “Riyaziyyat”, “Azәrbaycan tarixi”,
    “Ümumi tarix”, “Fizika”, “Kimya”, “Biologiya”, “Coğrafiya” fәnlәri üzrә yazılmış yekun qiymәtlәrin әdәdi ortası;
  • Azәrbaycan (rus) dili fәnni üzrә imtahan balı;
  • riyaziyyat fәnni üzrә imtahan balı.
    Ümumi balı eyni olan iki vә daha çox abituriyenti bir-birindәn fәrqlәndirmәk mümkün olmadıqda, onların hamısı
    müvafiq ixtisasa yerlәşdirilir.
  1. Qәbul kampaniyası dövrü abituriyentin aşağıdakı hәrәkәtlәrә yol vermәsi qadağandır:
     saxta vә ya başqasına aid sәnәd tәqdim etmәk, imtahana öz yerinә başqasını göndәrmәk vә ya sәrxoş
    vәziyyәtdә gәlmәk;
     imtahana mobil telefon vә digәr rabitә vasitәlәri, xarici yaddaş qurğusu, kalkulyator vә digәr elektron cihazlar,
    konspekt, lüğәt, cәdvәl, mәlumat kitabçası vә digәr yardımçı vasitәlәr gәtirmәk vә ya onlardan istifadә etmәk;
     yandırıcı, partlayıcı, kәsici, deşici, atıcı vә digәr bu kimi әşyalarla imtahan binasına daxil olmaq, özü ilә tütün
    mәmulatı gәtirmәk;
     sәbәbindәn asılı olmayaraq, imtahan zalında yerini dәyişmәk, gәzişmәk, yerindәn durmaq vә digәr
    hәrәkәtlәrlә imtahanın gedişinә mane olmaq, “İmtahan başlandı!” elan olunan andan 1 saat müddәt keçәnәdәk
    vә imtahanın son 15 dәqiqәsi әrzindә zaldan çıxmaq;
     başqasının nәticәsinә tәsir göstәrmәk, o cümlәdәn başqasının cavab kartına (vәrәqinә), sual kitabçasına
    baxmaq vә ya öz cavab kartına (vәrәqinә), sual kitabçasına başqasının baxması üçün şәrait yaratmaq, sualın
    cavabını soruşmaq vә ya bildirmәk;
     nәzarәtçiyә vә ya digәr şәxslәrә tapşırıqların hәllindә kömәk üçün müraciәt etmәk;
     cavab kartını (vәrәqini) zәdәlәmәk, nәzarәtçiyә tәhvil vermәdәn imtahan zalından çıxmaq.
    Abituriyentin 16-cı bәnddә göstәrilәn hәrәkәtlәrә yol vermәsi halları DİM tәrәfindәn aşkar edildikdә, onun müsabiqә
    (imtahan) nәticәlәri lәğv edilir. Bu qәrardan inzibati qaydada vә ya mәhkәmәyә şikayәt verilә bilәr.
  2. Tәhsilalma formasından asılı olmayaraq, hәr hansı bir ixtisasa yerlәşdirilmiş abituriyent tәlәb olunan sәnәdlәri 10
    gün müddәtindә qәbul olunduğu tәhsil müәssisәsinә tәqdim etmәklә qeydiyyatdan keçmәlidir. Abituriyentin bu
    müddәtdә tәhsil müәssisәsindә qeydiyyatdan keçmәmәsi onun yerlәşdirildiyi ixtisas üzrә tәhsil almaqdan imtina etmәsi
    kimi qiymәtlәndirilir. Bu abituriyentlәr boş qalan yerlәr üzrә keçirilәn müsabiqәyә buraxılmırlar.
    Xüsusi qabiliyyәt tәlәb edәn ixtisasların müsabiqәsinә ümumi balı
    50-dәn (“Xoreoqrafiya sәnәti” vә “Rәqs müәllimliyi”
    ixtisaslarının müsabiqәsindә isә ümumi balı 30-dan) az olmayan
    vә müvafiq komissiya tәrәfindәn keçirilәn qabiliyyәt
    imtahanlarından “mәqbul” alan abituriyentlәr buraxılırlar.
    Müsabiqә zamanı fәnlәr üzrә bal mәhdudiyyәti tәtbiq edilmir
    8
    Balların hesablanma qaydası
    İmtahan nәticәlәri hәr fәnn üzrә 100 ballıq qiymәt şkalası ilә qiymәtlәndirilir. Sәhv cavablar abituriyentin ümumi balına tәsir etmir. Abituriyentin ümumi balı hәr bir fәnn üzrә topladığı balların cәmi әsasında müәyyәnlәşir vә toplanıla bilәn maksimal bal 300-dür. Fәnlәr üzrә nisbi ballar aşağıdakı cәdvәldә göstәrilәn qaydada hesablanır vә 0.1-ә qәdәr yuvarlaqlaşdırılır:


QEYD 1: “Şәxsi kabinet”inizin hesabına vәsait köçürәrkәn iştirak edәcәyiniz imtahanların vә bu imtahanlar üçün
müәyyәn edilmiş qiymәtlәri nәzәrә alın. “Şәxsi kabinet”inizin hesabına köçürdüyünüz istifadә edilmәmiş vәsait
qәbul kampaniyası bitdikdәn sonra müraciәtiniz әsasında tәqdim etdiyiniz bank hesabınıza qaytarıla bilәr, digәr
şәxsi kabinetlәrә köçürülә bilәr vә ya digәr imtahanlara qeydiyyat zamanı istifadә edilә bilәr.
QEYD 2: Ali tәhsil vә orta ixtisas tәhsili müәssisәlәrini bitirәn bütün abituriyentlәr üçün orta ixtisas tәhsili müәssisәlәrinә
qәbul imtahanları hәmin abituriyentlәrin hesabına hәyata keçirilir.
QEYD 3: Azәrbaycan Respublikasının vәtәndaşı olmayan abituriyentlәr üçün qәbul imtahanı onların öz hesabına hәyata
keçirilir (Ümumi orta tәhsil sәviyyәsini Azәrbaycan Respublikasının ümumi tәhsil müәssisәlәrindә cari ildә bitirәn
abituriyentlәrin buraxılış imtahanlarında iştirakı istisna olmaqla).