Lövhəsiz sinif – düşüncəyə açılan pəncərə
Tədris dedikdə çoxumuzun gözündə eyni mənzərə canlanır: bir lövhə, bir müəllim və sıralarda oturan şagirdlər. Müəllim lövhəyə yazır, şagird yazır, müəllim izah edir, şagird dinləyir… Bu mənzərə bizə o qədər tanışdır ki, sanki dərs dediyimiz anlayış bu çərçivədən kənara çıxa bilməz.
Bəs bir anlıq təsəvvür edin: sinif otağında lövhə yoxdur. Müəllim əlinə marker götürmür. Heç kim “taxtaya baxın” demir. Şagirdlər isə yenə də öyrənirlər. Həm də daha həvəslə, daha yaradıcı şəkildə. Bu artıq təkcə bir təxəyyül deyil, bu gün bir çox pedaqoqların reallığa çevirdiyi “lövhəsiz dərs” modelidir.
Lövhənin kölgəsində qalan şagird:
Ənənəvi dərslərdə lövhə həm müəllimin dayağı, həm də şagirdin baxış nöqtəsidir. Amma bu baxış çox zaman birtərəfli olur. Şagirdlər öyrənməkdən çox yazmağa, diqqətlə izləməkdən çox sürətlə köçürməyə fokuslanırlar. Bu zaman isə anlamaq, araşdırmaq, yaratmaq kimi öyrənmənin əsas hədəfləri kölgədə qalır. Dərsin mərkəzində lövhə yox, öyrənən şagird olmalıdır. Lövhəyə yazılan məlumat deyil, beyində formalaşan düşüncə əsasdır. Bu isə fərqli yanaşmalar tələb edir.
Lövhəsiz dərs – maraqlı və məhsuldar:

Təhsildə innovativ yanaşmalar göstərir ki, lövhədən imtina etməklə dərsin effektivliyi azalmır, əksinə artmağa başlayır. Müəllim lövhəyə yazmaq əvəzinə şagirdlərlə qarşılıqlı fəaliyyətə girir. Şagirdlər cütlərlə, qruplarla işləyir, əllə toxuna, gözlə görə, beyinlə anlaya biləcəkləri dərs mühitinə daxil olurlar. Əyani materiallar, praktik tapşırıqlar, interaktiv oyunlar, vizual təqdimatlar – bütün bunlar lövhənin yerini tuta bilir. Ən əsası isə bu zaman şagird lövhəyə baxmır, dərsin özündə olur. Lövhəsiz sinif modelinə uyğun aşağıdakı metodik yanaşmaları təqdim edirəm:
“Fikir divarı” metodu (Post-it yanaşması)
Şagirdlər fikirlərini, suallarını və tapıntılarını yapışqan kağızlara yazaraq sinifdəki “fikir divarı”na yapışdırırlar. Müəllim bu qeydləri əsas götürərək dərsə istiqamət verir. Lövhə əvəzinə sinif divarları öyrənmə məkanına çevrilir.
“Əşyalarla öyrən” – kinestetik dərs yanaşması
Xüsusilə ibtidai siniflər üçün: hər dərs mövzusu əşyalarla (bloklar, rəngli kağızlar, təbiət nümunələri) izah olunur. Məsələn, tənliklər düyü dənələri ilə modelləşdirilir, fənlərarası bağlantılar əşyalar vasitəsilə qurulur. Bu zaman şagirdlər konkret təcrübə ilə anlayışları mənimsəyir.
Dəyişən tək sinfin quruluşu deyil, düşüncədir:
“Lövhəsiz sinif” yalnız fiziki dəyişiklik deyil. Bu, pedaqoji baxışın transformasiyasıdır. Müəllim nə qədər məlumat ötürəcəyini yox, şagirdin nə qədər öyrənəcəyini düşünür. Bu daha çox sual, daha çox fikir, daha çox yaradıcılıq deməkdir. Lövhə yoxdursa, deməli, düşüncələr sərbəstdir – kağızdan, xətdən və şablonlardan kənarda.
Texnologiya inkişaf etdikcə, dünya dəyişdikcə təhsil də dəyişməlidir. Əlbəttə, ilkin olaraq bu metodun ümumtəhsil məktəblərində pilot layihə olaraq tətbiq edilməsi daha məqsədəuyğundur. Ənənələrə hörmətlə yanaşaraq onların yerini yeni və daha funksional yanaşmalarla doldurmaq zamanıdır. Lövhə bir vasitədir, tədris isə məqsəddir. Məqsəd isə hələ də dəyişməyib: şagirdə öyrətmək yox, onu öyrənməyə həvəsləndirmək.
Bəlkə də, bu yolda lövhəsiz bir sinif öyrənməyə açılanən təmiz pəncərədir.
“Fikir divarı” metodu (Post-it yanaşması)
Şagirdlər fikirlərini, suallarını və tapıntılarını yapışqan kağızlara yazaraq sinifdəki “fikir divarı”na yapışdırırlar. Müəllim bu qeydləri əsas götürərək dərsə istiqamət verir. Lövhə əvəzinə sinif divarları öyrənmə məkanına çevrilir.
“Əşyalarla öyrən” – kinestetik dərs yanaşması
Xüsusilə ibtidai siniflər üçün: hər dərs mövzusu əşyalarla (bloklar, rəngli kağızlar, təbiət nümunələri) izah olunur. Məsələn, tənliklər düyü dənələri ilə modelləşdirilir, fənlərarası bağlantılar əşyalar vasitəsilə qurulur. Bu zaman şagirdlər konkret təcrübə ilə anlayışları mənimsəyir.
Dəyişən tək sinfin quruluşu deyil, düşüncədir:
“Lövhəsiz sinif” yalnız fiziki dəyişiklik deyil. Bu, pedaqoji baxışın transformasiyasıdır. Müəllim nə qədər məlumat ötürəcəyini yox, şagirdin nə qədər öyrənəcəyini düşünür. Bu daha çox sual, daha çox fikir, daha çox yaradıcılıq deməkdir. Lövhə yoxdursa, deməli, düşüncələr sərbəstdir – kağızdan, xətdən və şablonlardan kənarda.
Texnologiya inkişaf etdikcə, dünya dəyişdikcə təhsil də dəyişməlidir. Əlbəttə, ilkin olaraq bu metodun ümumtəhsil məktəblərində pilot layihə
olaraq tətbiq edilməsi daha məqsədəuyğundur. Ənənələrə hörmətlə yanaşaraq onların yerini yeni və daha funksional yanaşmalarla doldurmaq zamanıdır. Lövhə bir vasitədir, tədris isə məqsəddir. Məqsəd isə hələ də dəyişməyib: şagirdə öyrətmək yox, onu öyrənməyə həvəsləndirmək.
Bəlkə də, bu yolda lövhəsiz bir sinif öyrənməyə açılanən təmiz pəncərədir.

Ülvi Osmanov
Gənc Azərbaycan dili və Ədəbiyyatı müəllimləri Birliyinin sədri, Təlim-tərbiyə işləri üzrə direktor müavini