Kollec xəbərləri

Şirvan kollecinin tələbələrinə “Adlı təqaüd” təqdim edilib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı olan Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsi tərəfindən təhsildə və tələbə həmkarlar ittifaqı hərəkatında fəal iştirak edən 308 tələbəyə “Adlı təqaüd” təqdim edilib.

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan “Adlı təqaüd” Bakı Ali Neft Məktəbində (BANM) keçirilən tədbirdə ŞDİHK PHŞ-nin Həmkarlar İttifaqı Komitəsinin sədri Elnarə İmanova, 6Kİ qrup tələbəsi Salahova Minəxanım, 6MU qrup tələbəsi Fərəcova Ayşən iştirak edib.

Kollecdə direktor Xatirə Məlikova tələbələrimizi bir daha təbrik edərək onlara daha böyük uğurlar diləyib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *