Şirvan kollecində “28 May – Müstəqillik Günü” nə həsr olunmuş yaddaqalan tədbir keçirildi.
27.05.2025-ci il tarixində Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kolleci PHŞ-də “28 May – Müstəqillik Günü” nə həsr olunmuş yaddaqalan tədbir keçirildi.
Tədbirdə ilk çıxış edən gənc Tarix müəllimi Şahin Ağayev, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasından əvvəlki regional hərbi-siyasi proseslər, AXC-nin yaradılması, onun daxili və xarici siyasəti, beynəlxalq vəziyyəti, milli təhlükəsizlik məsələləri, eləcə də Məhəmməd Əmin Rəsulzadənin ictimai-siyasi fəaliyyəti barədə ətraflı məlumat verdi.
Daha sonra çıxış edən Tarix müəllimi Sevinc Ələkbərova isə AXC-nin tarixşünaslıqda yeri və rolu, mədəni quruculuq tədbirləri və dövlət quruculuğu məsələləri haqqında mühüm və dəyərli fikirlərini tədbir iştirakçıları ilə bölüşdü.
Tədbir kollecin 5 NQ qrup tələbələrinin hazırladığı şeir-səhnə kompozisiyası ilə davam etdi. Kompozisiya gənclərin vətənpərvərlik hisslərini ifadə etməsi və tarixi yaddaşın yaşadılması baxımından böyük maraqla qarşılandı.











