“Son zəng” tədbirləri iyunun 14-də keçiriləcək.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) müvafiq təlimatına əsasən, 2024-2025-ci tədris ilinin bütün dövlət ümumi təhsil müəssisələrində “Son zəng” tədbirləri iyunun 14-də keçiriləcək.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb.