
Tibb bacılarına artan tələbat: Qlobal və regional baxış
Son 10 ildə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatlarına əsasən, dünyada hər 6 səhiyyə işçisindən biri tibb bacısıdır. Lakin bu sahədə böyük bir çatışmazlıq da mövcuddur. Xüsusilə yaşlı əhalinin artması, xroniki xəstəliklərin çoxalması və pandemiya kimi qlobal çağırışlar tibb bacılarına olan ehtiyacı daha da artırmışdır.
Azərbaycan da bu prosesdən kənarda deyil. Səhiyyə Nazirliyinin məlumatına əsasən, bölgələrdə, xüsusilə də İsmayıllı, Qəbələ, Qax, Balakən, Şamaxı və Ağsu kimi rayonlarda peşəkar tibb bacılarına ciddi ehtiyac duyulur. Çünki tibb xidmətinə ehtiyac duyan əhalinin böyük hissəsi regionlarda yaşayır və burada tibbi xidmətin keyfiyyətli şəkildə təmin olunması üçün yaxşı təlim keçmiş kadrlar tələb olunur.
Bu ixtisas sadəcə bir diplom deyil, insan həyatına toxunmaq istəyənlər üçün seçilmiş bir yoldur. Qlobal miqyasda səhiyyə sahəsinin inkişafı ilə paralel olaraq, tibb bacılarının rolu da daha strateji və əvəzolunmaz hal almaqdadır. Həkimlərin ən yaxın silahdaşı, xəstənin ən böyük dayağı – bu, məhz peşəkar tibb bacısıdır.

Səhiyyə Nazirliyinin tabeliyidə olan 10 tibb kollecindən başqa “Tibb bacısı (qardaşı) işi” ixtisası həm də İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində tədris olunur.
İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci 2013-cü ildə təsis olunub. İlk illər “Müalicə işi” ixtisası ilə fəaliyyətə başlayan kollec daha sonra Səhiyyə Nazirliyinin tövsiyyəsiylə ixtisasın adını əvvəl “Tibb bacısı işi”, daha sonra isə ixtisasın ad dəyişməsinə görə “Tibb bacısı (qardaşı) işi” kimi dəyişib. Xüsusilə də son illərdə böyük maraqla seçilən və cəmiyyətin ehtiyac duyduğu sahələrdən biri olan “Tibb bacısı işi” ixtisası burada yüksək səviyyədə tədris olunur.
Bəs niyə məhz İsmayıllı Kolleci?
Gizli qəhrəmanların yetişdiyi bu təhsil ocağı, təkcə nəzəri biliklərlə kifayətlənmir. Burada praktiki təlimlər, real xəstəxana şəraitində təcrübələr, həmçinin etik davranış və tibbi kommunikasiya dərsləri ilə tələbələr tam bir peşəkar kimi formalaşır. Müasir texnologiyalarla təchiz olunmuş fənn kabinetləri, təcrübəli müəllim heyəti və regionun ehtiyaclarına uyğun tədris proqramları ilə fərqlənir.
Bundan əlavə, kollec məzunlarının böyük bir hissəsi yerli səhiyyə müəssisələrində işlə təmin olunmaqla yanaşı, həm də özəl klinikalardan dəvətlər alır.
Əgər siz də insanlara yardım etməyi, xəstələrə şəfa ümidini daşımağı və cəmiyyət üçün faydalı olmağı düşünürsünüzsə, doğru yerdəsiniz. Tibb bacısı olmaq sadəcə bir ixtisas deyil – bu, insan həyatına dokunmaq üçün seçilmiş bir həyat tərzidir.

Niyə məhz “İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci”?
İsmayıllı Kolleci bu ehtiyacı qarşılamaq üçün illərdir öz üzərinə mühüm bir missiya götürüb: praktiki bilik və humanist dəyərlərlə zəngin tibb bacıları yetişdirmək.
- Müasir dərs vəsaitləri və tibbi simulyasiya otaqları ilə tədris olunur.
- Tələbələr rayon mərkəzi xəstəxanalarında, doğum evlərində və sahə poliklinikalarında real praktika keçirlər.
- Peşəkar müəllim heyəti, həm yerli, həm də beynəlxalq sertifikatlara sahib olan tibbi təlimçilərdən ibarətdir.
- Təhsil müddətində tələbələr yalnız texniki bilik deyil, insani davranış, xəstə ilə empati, stres idarəetməsi, tibbi etika kimi sahələrdə də hazırlanır.
Tibb bacısı olmaq sadəcə ixtisas deyil – bu bir missiyadır
Bu qədər ağır və eyni zamanda dəyərli bir peşə üçün doğru yerə düşmək çox önəmlidir. İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində oxumaq – gələcəyin səhiyyə sistemində ön cəbhədə yer almaq deməkdir.
İxtisaslaşmadan sonra nə gözləyir sizi?
✅ Dövlət və özəl xəstəxanalarda iş imkanı
✅ Reabilitasiya mərkəzlərində və poliklinikalarda vakansiyalar
✅ Təcili yardım xidmətlərində peşəkar karyera yolu
✅ Uşaq bağçaları, yaşlılara qayğı evləri kimi sosial müəssisələrdə daimi ehtiyac