
28 aprel 2025-ci il tarixində İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci PHŞ- ində “Tibb və təbiət elmləri” FBK-nın sədri E.Həsənov və “Tibb bacısı (qardaşı) işi ixtisası üzrə təhsil alan tələbələrin görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 102-ci ildönümü münasibətilə təşkil etdikləri “Tibbin günəşi” intelektual yarış keçirildi.Tədbirdə kollecin direktoru dosent K.Süleymanlı,İnzibati təsərrüfat işləri üzrə direktor müavini Ç.Aslanov, əyani şöbə müdirləri K.Hüseynova,E.Ağayev,metodist Ü.Əliyeva,tibb ixtisası üzrə dərs deyən müəllimlər iştirak etdilər.
Yarışda ixtisasın bütün qruplarından 16 komanda iştirak etdi.Maraqlı mübarizə fonunda keçən yarışda “Aeskulapius”komandası I yer, “12 may” komandası II yer, “Ağ xalatlılar” komandası isə III yeri tutdular.
Qalib komandalar ” Fəxri Fərman” və hədiyyələrlə təltif olundular.Kollecin direktoru dosent Kəmalə Süleymanlı tədbir iştirakçılarını salamlayaraq Akademik Zərifə Xanım Əliyevanın Azərbaycan tibb elminin inkişafındakı fəaliyyətindən danışaraq, əziz ruhunu hörmətlə və ehtiramla anaraq tələbələrə tibb işçiləri kimi gələcək fəaliyyətlərində uğurlar arzuladı.
Tədbirdə çıxış edən digər rəhbər işçilər də qalib komandaları təbrik edərək onlara uğurlar arzuladılar.


