Universitet həyatı

Universitet 345 vakansiya elan etdi

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) elm və təhsildə müasir tələblərə cavab verən, innovativ düşüncəli və yüksək ixtisaslı kadrların pedaqoji və elmi fəaliyyətə cəlb olunması məqsədilə vakant professor-müəllim vəzifələri üzrə müddətli əmək müqaviləsi əsasında işə qəbul elan edir. 

Bu barədə “Azərbaycan müəllimi”nə ADNSU-dan məlumat verilib. 

Belə ki, müvafiq vakant vəzifələr aşağıdakılardır:

Sıra №KafedraVakant vəzifə
ProfessorDosentMüəllim
1Sənayenin iqtisadiyyatı kafedrası148
2Menecment kafedrası45
3Xarici dillər kafedrası137
4Elektronika və avtomatika kafedrası21216
5Kompüter mühəndisliyi kafedrası1523
6Cihaz mühəndisliyi kafedrası310
7Ümumi və tətbiqi riyaziyyat kafedrası595
8Elektroenergetika kafedrası36
9Elektromexanika kafedrası55
10Enerji istehsalı texnologiyaları kafedrası62
11Fizika kafedrası10
12Sənaye maşınları kafedrası1412
13Materialşünaslıq və emal texnologiyaları kafedrası34
14Mexanika kafedrası23
15Kimya və qeyri-kimya maddələrinin texnologiyası kafedrası112
16Üzvi maddələr və yüksək molekullu birləşmələrin texnologiyası kafedrası3810
17Neft-kimya texnologiyası və sənaye ekologiyası kafedrası168
18Humanitar fənnlər kafedrası49
19Neftin, qazın nəqli və saxlanması kafedrası67
20Neft-qaz mühəndisliyi kafedrası1610
21Sənaye təhlükəsizliyi və əmək mühafizəsi kafedrası38
22Neft-qaz geologiyası kafedrası42
23Geofizika kafedrası121
24Faydalı qazıntı yataqlarının geologiyası və işlənməsi kafedrası24
Elan edilən vakant vəzifələrin cəmi15133197

Tələblər:

  • Elmi-pedaqoji və ya istehsalat təcrübəsinə, (müəllim üçün minimum magistr təhsilli) müvafiq elmi ad və dərəcələrə malik olan şəxslər müraciət edə bilər;
  • Pedaqoji qabiliyyət;
  • Tədrisin təşkili üzrə bacarıqlar;
  • Tədris texnologiyalarından istifadə bacarığı;
  • Akademik səviyyədə tədris dilini (azərbaycan, rus və ya ingilis dili) bilmək;
  • Yüksək peşə-ixtisas təcrübəsi;
  • Vəzifənin etik davranış qaydalarına sadiqlik.

Müraciət edən namizədlərdən aşağıdakı sənədlər tələb olunur:

  • Akademik CV – (yüklə)
  • Diplomların notariat qaydasında təsdiq olunmuş surəti.

Müraciət tarixləri:

16 may 2025-ci il tarixindən 16 iyun 2025-ci il tarixinədək.

Əlaqə telefonu: +994515163042
 

CV-lərinizi mövzu hissəsinə müraciət etdiyiniz vakansiyanın adını (sahənin adını) qeyd etməklə [email protected] ünvanına göndərməyiniz tələb olunur.

Qeyd edək ki, yalnız müvafiq tələblərə uyğun namizədlər müsahibə mərhələsinə dəvət olunacaq.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *