Zona qalibləri mükafatlandırlıb
Lənkəran-Astara Regional Təhsil İdarəsi və Lənkəran Dövlət Universitetinin birgə təşkilatçılığı ilə keçirilən Zona Fənn Olimpiadasının qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Qalib olan şagirdlərimizə növbəti bilik yarışlarında da uğurlar arzulayırıq!
Eyni zamanda Bakı Musiqi Akademiyasının istedadlı tələbələri Lənkəran Dövlət Universitetində dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 140 illik yubileyinə və 28 May – Müstəqillik Gününə həsr olunmuş konsert proqramı ilə çıxış ediblər.
Böyük maraqla qarşılanan konsert proqramında Azərbaycan və dünya musiqi mədəniyyətinə aid nümunələr səsləndirilib.



